Sendviç panel işləri
Müasir dövrün tikinti materialları içərisində özünün izolyasiyaedici xüsusiyyətlərinə görə xüsusi rolu olan Sendviç panellər sənaye və mülki tikintidə örtük materialı kimi istehlak həcminə görə dünya üzrə (illik istehsalı 100 mln. m² – ın üzərindədir) liderlik etməkdədir.
Artıq dünyanın demək olar ki, əksər ölkələrində sənaye obyektlərinin və irihəcmli anbarların (o cümlədən soyuducu kameraların) tikintisində dəmir-beton işindən bilavasitə yüngül metal-konstruksiya və sendviç panel örtüklərindən istifadəyə dönüş etməkdədirlər. Xüsusilə isti-soyuq keçiriciliyinə görə bütün digər inşaat materiallarından (daş, taxta, beton və s.) daha yüksək izolyasiya xüsusiyyətinə malik olan bu panellər gələcəkdə obyektin enerji məsrəflərinin minimuma endirilməsi baxımından da əvəzedilməzdir. Bu səbəbdəndir ki, artıq müasir tipli və istənilən temperatura uyğun soyuducu kameraların tikintisində 80 – 200 mm – dək qalınlıqda Sendviç panellərin istehsalı və istifadəsi müstəsna rol oynamaqdadır. Digər tərəfdən asanlıqla və tez bir zamanda montajı mümkün olan bu material həm də daşınan əmlak rolu oynamaqla rahatlıqla sökülüb digər yerdə istifadə oluna bilir.
PUR, PIR, Daş və Şüşə yunu kimi tərkiblərdə buraxılan Sendviç panellər (meyvə-tərəvəz anbarlarıyla yanaşı) həmçinin heyvandarlıq komplekslərinin (quşçuluq, maldarlıq, balıqçılıq) də dam və divar örtüklərində istifadəsi məqsədəuyğundur. Sendviç panellərin bu kimi müstəsna əhəmiyyətiylə yanaşı onun doğru-düzgün montajı da mühüm rol oynayır. Yanlış bir panel montajı obyekt sahibini illərlə su sızıntısı, hava və külək keçirməsi kimi yorucu problemlərlə üzləşdirə bilir. Odur ki, bu işləri ciddiyətə almaqla peşəkarlara həvalə etmək məqsədəuyğundur. Müştərimiz olan və olmayan hər kəsə əlimizdən gələn bütün dəstəkləri göstərməyə hazırıq. Güvənli bir şəkildə Sizlərin gələcəkdə rahatlıqla işlədə biləcəyiniz obyektin A – Z-yə təslimini həyata keçirib Sizlərin istifadəsinə vermək iqtidarındayıq. Güvəniniz – mənfəətimiz, obyektiniz – imicimizdir.