Rəf Sistemləri
Anbar təsərrüfatının idarə edilməsi sahəsində müasir dövrün qaçılmaz tələblərindən biri mövcud olan sahədən optimal istifadə etmək üçün maksimum mal yığımına nail olmaq və onun təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan, sistem özəlliklərindən asılı olmayaraq bütün növ rəf sistemlərinin özünəməxsus rolu vardır. Yığılacaq malın çeşidi, çəkisi, ölçüləri və s. parametrlərinə görə tərəfimizdən müştərilərimizə aşağıdakı rəf sistemləri tövsiyə oluna bilir:
- Adjustable pallet racking system
- Drive in racking system
- Mekik raking system
- Cantilever racking system
- Rack supported building (SILO)
- Multi-Tier racking system
Qeyd olunan bu sistemlərin hər birinin hansı şəraitdə və münasib şərtlər daxilində istifadəsinin uyğunluğu peşəkar kadrlarımız tərəfindən müştərilərimizin ehtiyaclarına görə dəyərləndirilərək təklif olunur. Müştərilərimizə hər zaman anlatmaq istədiyimiz gerçəklik budur ki, rəf dedikdə yalnızca ayaqüstə duran bir-birinə bənzər olan oxşarlıqlar nəzərə alınmamalıdır. Bu sistemin ən vacib funksiyası üzərinə yüklənəcək yükü daşıya bilməsi baxımından dayanıqlılığı və təhlükəsizliyi davamlı olaraq təmin etməkdir. Keyfiyyətə zəmanət bizim ən ümdə borcumuz və iş prinsipimizdir.